17 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurublar.
Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta