AZ

Nadir Qafarzadə: "Oğlumun təhsilinə verdiyim pulun əvəzinə çayxana açardım" - VİDEO

"Oğlumun təhsilinə verdiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Space TV"nin efirində səsləndirib:

"Oğlum getdi, İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib.

Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır?

Gənclər də görürlər ki, təhsilli insanlara önəm vermirlər, gedib "TikTok"da canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdır".

Daha ətraflı videomaterialda:



Bizim.Media

Seçilən
7
10
bizim.media

10Mənbələr