AZ

10-dan çox ölkənin parlament sədri Bakıya gəlir – Son Dəiqə

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.

Paytaxt.org bildirir ki, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Musavat.com

Seçilən
48
28
paytaxt.org

10Mənbələr