AZ

Putin və Suriya lideri arasında ilk telefon danışığı

Rusiya prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şəra ilə telefon danışığı zamanı Ərəb Respublikasındakı vəziyyəti müzakirə edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda bildirilib.

Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.

Seçilən
22
2
bakivaxti.az

6Mənbələr