Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.
İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımi şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında olan kompüter otağında təkbaşına tərtib edərək imzalayıb.
Bundan başqa, İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2 892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4 603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5 323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5 961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
10Mənbələr
-
olke.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15431651)
-
avtosfer.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15430633)
-
ucnoqta.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15430525)
-
milli.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15430053)
-
moderator.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15429873)
-
demokrat.azTəkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15429751)
-
konkret.azTəkbaşına “iclas” keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU ( 15429731)
-
yenilik.azİcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı ( 15424815)
-
demokrat.azİcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı ( 15424633)
-
tribunainfo.azİcra Hakimiyyətində təkbaşına “iclas” keçirən vəzifəli şəxs cəzalandırıldı ( 15423275)