AZ

Pentaqonun rəhbəri Polşaya gedir

Pentaqonun rəhbəri Pete Hegseth fevralın 14-də Varşavaya səfər edəcək.

 

Oxu24.com bu barədə Polşa Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

“Cümə günü, fevralın 14-də Varşavada baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ-ın müdafiə naziri Pit Heqset ilə görüşəcək”, - Polşa Müdafiə Nazirliyindən bildiriblər.

 

Onlar əlavə ediblər ki, Heqset və Kosinyak-Kamış arasında danışıqların mövzusu ikitərəfli əməkdaşlığın inkişafı, birgə layihələr və NATO-nun şərq cinahında çəkindirici tədbirlərin davam etdirilməsi olacaq.

 

Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bəyan etmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzv olmasını münaqişənin sülh yolu ilə həlli üçün real nəticə hesab etmir.

 

Eyni zamanda, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte jurnalistlərin Ukraynadakı münaqişə ilə bağlı danışıqlarla bağlı suallarını cavablandırarkən, ilk dəfə olaraq Ukraynanın alyansa üzv olacağını iddia etməyib.

Daha əvvəl Zaxarova bəyan etmişdi ki, Qərb Ukraynadan istifadə edib və “onu silib”.
 

Nigar

Seçilən
54
1
oxu24.com

10Mənbələr