AZ

İranda yeni etiraz dalğası gözlənilir - Video

İranda hakimiyyət nümayəndələrinin İslam İnqilabının 46-cı ildönümü ilə bağlı pafoslu çıxışlarına rəğmən, ölkə bu tarixi qeyri-müəyyənlik və ümidsizlik atmosferində qarşılayıb.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran"ın yayımladığı videosüjetdə bəhs edilir.

Bir neçə gün öncə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə danışıqların məntiqli, müdrik və şərafətli olmadığını bəyan edib və bildirib ki, ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur.

Bildirilir ki, onun Qərblə müzakirələri və nəticə etibarilə sanksiyaların azaldılması ehtimalını rədd etməsi mövcud sosial-iqtisadi gərginliyi daha da artırıb:

"Ali rəhbərin həmin açıqlamasına ilk reaksiyanı valyuta bazarı verib və bir ABŞ dollarının qiyməti 93 min tüməni keçib. Bu isə ölkədə tüğyan edən bahalaşma dalğasının davam edəcəyini və İran təqvimi ilə yeni ilə qədər dolların azı 100 min tümənə çata biləcəyini göstərir".

Seçilən
12
1
publika.az

4Mənbələr