AZ

Su altında yeni şəhər salınır

Kimliyi bilinməyən bir investor su altında daimi şəhər salmaq layihəsinin hazırlıqlarına başladı. 

Uelsin cənub-şərq sahillərində daimi sualtı şəhər layihəsinin hazırlqıları başlayır. Deep adlı bu layihənin invesorunun kimliyi açıqlanmır. 


Məqsəd hazırkı hazırlıqları davam etdirib 2027-ci ildən etibarən su altında daimi yaşayış yeri - şəhərcik inşa etməkdir.


Deep-in baş əməliyyat rəhbəri Mayk Şaklford layihənin arxasındakı əsas fikiri bir az zarafatcıl formada belə izah edib:


 "1950-ci və 1960-cı illərdə ölkələr arasında həm kosmos, həm də okean yarışları var idi və kosmos qalib gəldi. Kosmosa çatmaq çətindir, lakin ora çatdıqdan sonra nisbətən zərərsiz bir mühitlə qarşılaşırsınız. Okean isə kosmosun tam əksidir: dibə çatmaq olduqca asandır, lakin ora çatdıqda, əsasən, hər şey sizi öldürmək istəyir."

Seçilən
9
news365.az

1Mənbələr