AZ

Preziden Elnur Bağırovu yüksək vəzifəyə təyin etdi - RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməlsi barədə Sərəncam imzalayıb.

Ekologiya.az xəbər verir ki, dövlət başçısı bu vəzifəyə Elnur Şəmistan oğlu Bağırovu təyin edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

1973-cü ildə Bakı şəhərində anadan olub.

1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 2001-2002-ci illərdə "Coca-Cola" şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə "İmperial Tobacco" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib. 2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

Ailəlidir, 2 övladı var.

Seçilən
126
45
ekologiya.az

10Mənbələr