AZ

HAMAS sözçüsü Qahirədə girovlarla bağlı danışıqların aparıldığını təsdiqləyib - YENİLƏNİB

Fələstinin HAMAS hərəkatı hazırda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı vasitəçilərlə danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə HAMAS sözçüsü Hazem Qasem “Telegram”dakı açıqlamasında deyib.

"Biz hazırda vasitəçilərlə əlaqə saxlayırıq və atəşkəs razılaşmasının nəhayət yerinə yetirilməsini təmin etməyə çalışırıq. İsrail girovların hamısı azad edilənə qədər müqavilənin bütün şərtlərini yerinə yetirməlidir", - Qasem bildirib.

HAMAS sözçüsü, həmçinin qeyd edib ki, vasitəçilər İsraili razılaşmanın şərtlərinə əməl etməyə məcbur etmək üçün çalışırlar, İsrail hakimiyyəti isə razılaşmanın bəzi müddəalarından yayınır.

***

17:01

HAMASın nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı müzakirələri davam etdirmək üçün Qahirəyə gedib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, HAMAS bu həftənin əvvəlində şənbə günü planlaşdırılan girovların azad edilməsinin növbəti xəbərdarlığa qədər dayandırılacağını açıqlamışdı.

Seçilən
9
1
apa.az

2Mənbələr