AZ

ABŞ-dan Ukrayna ilə bağlı KRİTİK QƏRAR: Zelenskinin seçim haqqı qalmayıb

Pentaqonun yeni rəhbəri Pit Heqset Ukraynanın 2014-cü ildən əvvəl sərhədlərə qayıtması ilə bağlı açıqlama verib. O, bunu qeyri-real adlandırıb,

KONKRET.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ramşteyn formatında keçirilən görüşdə Heqsetə istinadən məlumat yayıb.

“Biz kritik məqamdayıq. Müharibə artıq 3-cü ildönümünə yaxınlaşdığı üçün bu savaşa və qan tökülməsinə son qoymalıyıq”.

Heqsetin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini diplomatiya yolu ilə bitirmək istəyir. Onun sözlərinə görə, müharibəni bitirmək və sabit sülhə nail olmaq Tramp üçün əsas prioritetdir.

Pentaqon rəhbəri əlavə edib ki, Tramp Ukrayna və Rusiya Federasiyasını danışıqlar masasına oturtmaqla müharibəni bitirmək niyyətindədir. Eyni zamanda, Heqset Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasını qeyri-real adlandırıb.

“Biz də sizin kimi Ukraynanın suverenliyini və rifahını təmin etmək istəyirik. Ancaq Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılmasının qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq. Bu, müharibəni daha da uzadacaq”, – ABŞ Müdafiə Naziri əlavə edib.

Onun sözlərinə görə, istənilən təhlükəsizlik zəmanəti çərçivəsində ABŞ qoşunları Ukraynada yerləşdirilməyəcək.

“Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzvlüyünün danışıqlar yolu ilə həllinin real nəticəsi olacağına inanmır”, – Heqset vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
21
konkret.az

1Mənbələr