AZ

KİV: Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina edib » AzadMedia.az



Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil ediləcəyi təqdirdə danışıqlarda iştirak etmək üçün ABŞ-yə getməyəcək.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

“ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı planı müzakirə olunacaq məsələlər siyahısına daxil ediləcəyi halda Misir prezidenti Əbdülfəttah əs-Sisi Ağ Evdə danışıqlarda iştirak etmək üçün Vaşinqtona getməyəcək”, - məlumatda qeyd olunub.

“Al Qahera News” daha əvvəl bildirmişdi ki, Misir hakimiyyəti İsrail və ABŞ rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır.
Seçilən
13
7
azadmedia.az

8Mənbələr