AZ

"Barselona" Levandovski ilə bağlı qərar verib

"Barselona" yaxın vaxtlarda hücumçu Robert Levandovski ilə müqaviləni uzadacaq.

90deqiqe.Az xəbər verir ki hər iki tərəf müqavilənin uzadılmasında heç bir maneə görmür və yaxın həftələrdə bu məsələni rəsmiləşdirəcəklər.

Xatırladaq ki, polşalı forvardın kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

Bu mövsüm Levandovski bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib. Polşalı futbolçunun transfer dəyəri 15 milyon avrodur.

Seçilən
17
1
90deqiqe.az

2Mənbələr