AZ

Smartfonlar üçün yeni "Android" sisteminin təqdim olunacağı tarix açıqlandı

ABŞ-nin "Google" korporasiyası may ayında "Android 16" əməliyyat sistemini ictimaiyyətə təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

"Google"dan bildiriblər ki, "Google I/O" developerlərinin növbəti konfransı 20-21 may tarixlərinə planlaşdırılır. İllik konfransda korporasiya, adətən "Android" əməliyyat sisteminin yeni versiyasını elan edir. Bunun bu ildə istisna olmayacağı gözlənilir.

 

Konfransın başlanğıcındakı təqdimat mərasimi internetdə canlı yayımlanacaq.

Korporasiya hansı yeniliklərin gözlənildiyinə dair ipucu verməsə də, "Verge" nəşrindən olan jurnalistlər konfransda "Android 16" əməliyyat sistemi ilə yanaşı, "Android"lə işləyən smartfonlar üçün süni intellektin yeni funksiyalarının təqdim olunacağı, yeni mobil cihazların nümayiş ediləcəyini güman edirlər.

Seçilən
5
1
day.az

2Mənbələr