ABŞ Ukraynanın NATO-ya üzv olmasını qeyri-real hesab edir.
Sitat.info xəbər verir ki, bu fikirləri ABŞ müdafiə naziri Pit Heqset deyib.
Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq cəhdlərini də real olmayan məqsəd hesab edir:
"Biz sizin kimi, suveren və firavan bir Ukrayna istəyirik. Lakin biz qəbul etməliyik ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq qeyri-realist bir vəzifədir”.
O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sülhə birgə səylərlə nail olmağa ümid edir.