AZ

Qəlyanın əsl təhlükəsi üzə çıxıb

Qəlyanın əsl təhlükəsi

Rusiyalı infeksionist Aleksandr Dmitriyev bildirib ki, qəlyan çəkmək siqaret çəkmək qədər zərərlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, Life.ru ilə söhbətində qəlyanın əsl təhlükəsini açıqlayıb.

Dmitriyevin sözlərinə görə, elmi cəhətdən sübut olunub ki, qəlyan çəkmək hüceyrələrdə əhəmiyyətli dəyişikliklərə səbəb olur ki, bu da ağız boşluğunun xərçəngə qədərki zədələnməsinə və ateroskleroz və xroniki ağciyər obstruktiv xəstəliyi kimi ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Həkim əlavə edib ki, ən böyük risk qəlyan tüstüsünün zəhərli təsirindədir.  

O, qəlyan çəkərkən infeksiyaların - tənəffüs və herpes viruslarının ötürülməsi riskinin yüksək olduğuna da diqqət çəkib. İnfeksiya eyni qəlyanın ağız boşluğunu müxtəlif adamlar tərəfindən dəyişdirilmədən çəkməsi nəticəsində baş verir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
22
e-saglam.az

1Mənbələr