AZ

BMT Ukrayna münaqişəsinin həlli üçün istənilən səyləri alqışlayır

Bakı. Trend:

BMT Ukraynadakı münaqişənin həlli üçün bütün təşəbbüsləridəstəkləyir və tələb olunarsa, bu prosesdə iştirak etməyəhazırdır.

Trend xəbər verirki, bunu jurnalistlərə BMT Baş katibinin mətbuat katibinin müaviniFərhan Haq, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və DonaldTramp arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

"Əlbəttə, biz müharibənin həlli istiqamətində həm Rusiya, həm dəUkrayna tərəfini cəlb edəcək istənilən səyləri alqışlayarıq. Bubaxımdan, hər iki tərəf prosesdə iştiraka hazırdırsa, bu, müsbəthal olacaq", – o vurğulayıb.

Seçilən
33
8
az.trend.az

8Mənbələr