AZ

ABŞ Rusiya vətəndaşını azadlığa buraxdı

ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.


News365.az xəbər verir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.


"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.


Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.


Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.


Qeyd edək ki, bu gün Tramp və Putin arasında baş tutan telefon danışığlnda məhbus mübadiləsi barədə razılığa gəlinib.

Seçilən
19
4
news365.az

5Mənbələr