Kanada heç vaxt 51-ci ştat kimi ABŞ-nin tərkibinə daxil olmayacaq.
Axar.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo Brüsseldə jurnalistlərlə bildirib.
“Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o söyləyib.
Eyni zamanda, Trüdoi qeyd edib ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.