AZ

Pentaqon: ABŞ enerji resurslarının qiymətini aşağı salmaqla Rusiyanı danışıqlara məcbur edəcək

Kiyev, 13 fevral, AZƏRTAC

ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi enerji resurslarının qiymətlərini azaltmaq niyyətindədir. Bu, çox güman ki, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturtmağa vadar edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset “Ramştayn” formatında keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Prezident Donald Tramp ABŞ-ın enerji istehsalını genişləndirir və digər ölkələri ondan nümunə götürməyə çağırır.

“Energetika sanksiyalarının daha səmərəli istifadəsi ilə birlikdə enerji qiymətlərinin aşağı salınması Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”, - deyə Heqset bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarından imtina edəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
98
50
azertag.az

10Mənbələr