AZ

"Liverpul" ingilis futbolçu olmadan meydana çıxdı: 113 il sonra...

“Liverpul” 1912-ci ildən bəri ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.

113 il əvvəl belə hal “Liverpul”un “Arsenal”a qarşı matçında yaşanmışdı. Həmin vaxt komandanın əsas heyətində yalnız şotlandiyalı futbolçular yer almışdı.

"Everton"la görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular yer alıb.

Niderland: Van Deyk, Qakpo, Qravenberx

Fransa: Konate

Macarıstan: Soboslai

Şotlandiya: Robertson

Şimali İrlandiya: Bredli

Misir: Salah

Braziliya: Alisson

Argentina: Makallister

Kolumbiya: Dias

Seçilən
9
2
axar.az

10Mənbələr