1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə San-Dieqo sahillərində qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "AP News" məlumat verib.
Qeyd olunur ki, "E/A-18G Growler" hərbi təyyarəsinin hər iki pilotu sağ qalıb. San-Dieqo Yanğın və Xilasetmə İdarəsinin məlumatına görə, onlar yerli xəstəxanaya yerləşdiriliblər.
Qəzanın digər təfərrüatı və səbəbləri məlum deyil.