AZ

HƏMAS İsrailə xəbərdarlıq etdi

Qəzza zolağında saxlanılan israilli məhbusların azad edilməsi Təl-Əvivin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsindən asılıdır.

Metbuat.az xəbər verir ki, HƏMAS təşkilatı belə açıqlama verib. HƏMAS-ın sözçüsü Hazım Kasım yazılı açıqlamasında bildirib ki, təşkilatın mövqeyi açıqdır, ABŞ və İsrailin təhdidlərinə boyun əyməyəcək. Qəzzada atəşkəs və əsir dəyişdirmə razılaşmasının həyata keçirilməsi üçün vasitəçi ölkələrlə əlaqəni davam etdirdiklərini bildirən sözçünün sözlərinə görə, İsrail əsirlərin sərbəst buraxılması üçün atəşkəs maddələrinə və humanitar protokola əməl etməlidir. O, İsrailin atəşkəs və əsir mübadiləsi razılaşmasının bir çox müddəalarını yerinə yetirmək istəmədiyini vurğulayıb.

Seçilən
12
metbuat.az

1Mənbələr