AZ

Kərimə qarşı 22 minlik dələduzluq: “Silahla təhdid edir…” – VİDEO

“İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Heyvandarlığa marağım var idi, amma düşdüm bir dələduzun əlinə”.

Publika.az xəbər verir ki, Kərim Abbasov bu haqda “Günə bax” verilişində danışıb. Kərim iş qurduğu şəxsin ona 22 min manat ziyan vurduğunu açıqlayıb:

“Siz fikirləşin ki, tanımadığım Murad adlı adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz? Bir dayanın, gözləyin, bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdir! Dörd ayın tamamında mən “stop” verdim. Bundan sonra onun sifəti çöndü. Mənim aldığım heyvanı oğurlayıb satdı. Adında qanunu silah var, onunla mənə hədə-qorxu gəldi. Aldığım maşını özəlləşdirib satdı. 22 min manat mənə ziyan vurdu.

Heyvan oğurlanan gün gecə saat 1-də Neftçala rayon polis şöbəsində ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olduğum halda haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən, mənə heç nə etmədilər və heç nə də edə bilməyəcəklər. Bax bu məni yandırır”.

Seçilən
11
5
publika.az

7Mənbələr