AZ

Qrenoblda restoranda qumbara partlayışı nəticəsində 10-dan çox insan yaralanıb

Fransanın Qrenobl şəhərindəki bar-restoranda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.

Məlumata görə, naməlum şəxs Olimpiya kəndində yerləşən bar-restorana qumbara atıb. Partlayış nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Qeyd olunub ki, şübhəli şəxs Kalaşnikov avtomatı ilə silahlansa da, atəş səsləri eşidilməyib. Hüquq-mühafizə orqanları terror versiyasını istisna edərək hadisənin “şəxsi hesablaşma” ilə bağlı olduğunu açıqlayıb.

Dövlət prokuroru Fransua Ture de Kusi nəzərdən keçirilən versiyalardan birinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu bildirib.

Seçilən
14
1
report.az

10Mənbələr