“Liverpul”da Məhəmməd Salahla birgə çıxış etmiş xorvatiyalı futbolçu Deyan Lovren misirli hücumçunun gələcəyi barədə danışıb.
Publika.az xəbər verir ki, o, Salahın klubdan ayrıla biləcəyini iddia edib:
“Mən sizə daha ətraflı deyə bilərəm. Salah klubda bəzi çatışmazlıqların olduğuna inanır. Ümid edirəm ki, problemlər tezliklə aradan qaldırılacaq. Amma indiki reallıq ondan ibarətdir ki, onun müqaviləni yeniləməkdənsə, klubdan ayrılma ehtimalı daha çoxdur.
Bir gün ona zəng edib dedim ki, “sən özün haqqında düşünməlisən. Bu kluba verdiyin hər şeyə və hələ də nə verə biləcəklərinə bax”. Sonda belə qənaətə gəldim ki, klub ona kifayət qədər hörmət etmir. Pərdə arxasında çox şey baş verir və azarkeşlər bundan xəbərsizdirlər”.