AZ

Dünyada qlobal hərbi xərclər 2,46 trilyon dollara çatdı - HESABAT

Ötən il dünyada əvvəlki illərlə müqayisədə qlobal hərbi xərclər real ifadədə 7,4 faiz artaraq, 2,46 trilyon dollara çatıb.

Demokratikmusavat.comTeleqraf-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) tərəfindən qlobal hərbi imkanların və müdafiə iqtisadiyyatının illik qiymətləndirilməsini özündə əks etdirən “Hərbi balans - 2025” adlı hesabat-kitabda qeyd olunub.

Nəşrdə bunun səbəbinin Ukraynada davam edən müharibənin bütün dünyada hərbi xərclərə təsir etməsi göstərilir.

Qeyd olunur ki, qlobal hərbi xərclərin real ifadədə artımı 2023-cü ildə 6,5 faiz təşkil edibsə, 2024-cü ildə isə bu, 7,4 faizə yüksəlib. Qeydedilən göstərici nisbət 2022-ci ildə 3,5 faiz olub. Hərbi xərclər 2024-cü ildə Afrika istisna olmaqla, bütün regionlarda real ifadədə artıb.

Hesabatda bu xərclərin qlobal Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin ötən il 1,94 faizə yüksəldiyi, 2022-ci ildə orta hesabla 1,59 faiz, 2023-cü ildə isə 1,80 faiz olduğu vurğulanıb.

Rusiyanın cəmi hərbi xərclərinin real ifadədə 41,9 artaraq, 145,9 milyard dollara çatdığınının əks olunduğu hesabatda bu ölkənin hərbi xərclərinin keçən il alıcılıq paritetinə görə 462 milyard dollara bərabər olduğu bildirilib.

Böyük Britaniya və 27 üzvlü Avropa İttifaqı (Aİ) daxil olmaqla, Avropanın müdafiə büdcələrinin keçən il 11,7 faiz artaraq, 457 milyard dollara çatdığına diqqət çəkən nəşr, Avropanın hərbi xərclərinin 2014-cü ilə nisbətən 10 illik dövr ərzində nominal olaraq 50 faiz artdığı qeyd olunub.

Həmçinin nəşrdə Almaniyanın müdafiə büdcəsinin keçən il 23 faiz artaraq 86 milyard dollara çatdığı, 30 ildən çox müddətdə ilk dəfə İngiltərənin 81 milyard dollarlıq müdafiə büdcəsini keçdiyini əksini tapıb. Çinin isə hərbi xərclərinin keçən il 7 faiz artaraq, 235 milyard dollara çatdığı vurğulanıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
4
6
Demokratikmusavat.com

7Mənbələr