AZ

"Neftçi"nin yeni transferi: "Əmin edirəm ki, meydanda əzmkarlıq göstərəcəm"

"Neftçi"nin yeni transferi Aleks Fernandes "Neftçi"yə keçidi ilə bağlı danışıb.

“Neftçi”nin yeni transferi Aleks Fernandes Braziliya mətbuatına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, vinger “ağ-qaralar”a keçidi haqda fikirlərini bölüşüb:

“Meydana çıxmağı və komanda yoldaşlarıma kömək etməyi səbirsizliklə gözləyirəm. Həm liqada, həm kubokda hədəflərimiz var. Buna görə çox motivasiyalıyam. Evdən kənarda oynamaq asan deyil. Amma komandamın qələbəsi üçün meydanda hər şeyimi verməyə hazıram. Əmin edirəm ki, meydanda əzmkarlıq göstərəcəm”.

Fernandes Rusiyanın “Baltika” klubundan icarəyə götürülüb.

Seçilən
18
1
operativmedia.az

2Mənbələr