Paytaxt yolları yenə tıxaclıdır – Siyahı
Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. "20 Yanvar" dairəsində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
11. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.