Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən məktəbi bit basıb.
AzEdu.az xəbər verir ki, bu iddia ilə valideynlər "Xəzər Xəbər"ə müraciət ediblər.
Söhbət qəsəbənin 3 nömrəli tam orta məktəbindən gedir.
Yuxarı sinif şagirdlərinin sözlərinə görə, bitlə bağlı şikayət daha çox aşağı siniflərdəndir.
Lakin məktəbdən bu iddiaları təkzib ediblər.