AZ

Ərdoğan Pakistanda - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Asiya səfəri çərçivəsində İndoneziyadan sonra Pakistana yola düşüb.

Olaylar.az xəbər verir ki, İslamabada çatan Prezident Ərdoğanı Nur Xan Hava Bazasında Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və digər yüksək rütbəli rəsmilər qarşılayıblar. Səfərdə Ərdoğanı müşayiət edən heyətə Türkiyənin xarici işlər, müdafiə, enerji, sənaye, ticarət və kənd təsərrüfatı nazirləri, eləcə də bir sıra digər yüksək vəzifəli şəxslər daxildir.

Görüşlər çərçivəsində müxtəlif sahələr üzrə yeni razılaşmaların imzalanması gözlənilir.

Bundan əlavə, Türkiyə-Pakistan İş Forumuna qatılacaq Prezident Ərdoğan Pakistan Prezidenti Asif Əli Zərdari ilə də ikitərəfli görüşlər keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
3
olaylar.az

4Mənbələr