Cari ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.
Ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub. Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.
Bu ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 2 mln. ton olub: “Ötən ay 3,9 mlrd. kubmetr qaz hasil edilib, 2 mlrd. kubmetr qaz isə ixrac olunub”.