AZ

Fevralın 15-də TOEFL iBT imtahanı keçiriləcək - DİM

Bakı. Trend:

15 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzininelektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədirayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saatqalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və yaümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündəolmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaşqrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdəgəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Seçilən
14
12
az.trend.az

10Mənbələr