AZ

Rusiya Pentaqon rəhbərinin Ukrayna sərhədləri ilə bağlı sözlərinə reaksiya verib

Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının qeyri-real olması ilə bağlı bəyanatı Vaşinqton tərəfindən həqiqətin etirafıdır...

Poliqon xəbər verir ki, bu barədə Krım parlamenti sədrinin birinci müavini Sergey Tsekov RİA Novosti ilə söhbətində bildirib.

"Pentaqon rəhbəri həqiqəti açıq şəkildə etiraf etdi", o deyib.

Tsekovun sözlərinə görə, bu yolla ABŞ 2014-cü ildə Rusiyanın tərkibinə daxil olan ərazilərin əbədi olaraq öz vətənlərinə qovuşduğunu etiraf edib.

Qeyd edək ki, fevralın 12-də Pit Heqset bildirib ki, Ukraynanın təhlükəsizliyinə Avropa ölkələri və Avropa İttifaqından kənar dövlətlərin qüvvələri təminat verməlidir və ABŞ öz qoşunlarını ora göndərməyəcək.

O, həmçinin qeyd edib ki, ABŞ Kiyevin NATO-ya daxil olmasını sülh planının bir hissəsi hesab etmir.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr