İngiltərə Premyer Liqasının 15-ci turunun təxirə salınmış Liverpul derbisində - “Everton”-“Liverpul” oyununda (2:2) dava düşüb.
Axar.az xəbər verir ki, 90+8-ci dəqiqədə “Everton”un kapitanı Ceyms Tarkovski komandasının ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bundan sonra onun komanda yoldaşı Abdulay Dukure "Liverpul" azarkeşlərinin yer aldığı sektorun qarşısında qolu qeyd etməyə başlayıb. Bu isə “qırmızılar"ın oyunçuları, xüsusən də yarımmüdafiəçi Kertis Consu qıcıqlandırıb.
Nəticədə bəzi futbolçular arasında dava düşüb.