Bu işlə məşğul olan digər şəxs isə 1991-1992-ci illərdə Tacikistan Ali Şurasının keçmiş sədri Əkbərşo İskəndərovdur. O ölkə prezidenti kimi fəaliyyət göstərib və 18 il müddətinə azadlıqdan məhrum edilib. Çevriliş işində keçmiş təhlükəsizlik zabiti Nuramin Qənizoda və respublika Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Əbdülfaiz Atoi də var - onlar müvafiq olaraq 18 və 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, Şokirjon Hakimovun qardaşı qızı, jurnalist Ruxşona Hakimova da məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar dövlətə xəyanət və bir sıra digər ittihamlarla cəzalandırılıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta