AZ

Avropa Liqası: Türkiyə nəhənglərinin pley-off mübarizəsi

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə mübarizə aparan Türkiyə təmsilçilərindən "Qalatasaray" səfərdə "AZ Alkmar"ın qonağı olacaq. "Fənərbağça" isə doğma meydanda "Anderlext"i qəbul edəcək.

Mərhələnin ən maraqlı oyunu Portuqaliyada baş tutacaq. "Portu" "Draqao" stadionun "Roma" ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.

Seçilən
6
publika.az

1Mənbələr