AZ

Hindistanın Baş naziri Trampla görüşəcək

Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfərə gedib. O, ABŞ Prezidenti Donald Trampla görüşəcək və iki ölkə arasında tərəfdaşlığın inkişafını müzakirə edəcək.

 

Baş nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

"ABŞ Prezidenti Donald Tramp ilə görüşü və Hindistan-ABŞ hərtərəfli qlobal strateji tərəfdaşlığının inkişafını səbirsizliklə gözləyirəm", - o qeyd edib.

 

Onun sözlərinə görə, Hindistan və ABŞ insanların rifahı və planetin daha yaxşı gələcəyi naminə sıx əməkdaşlığa davam edəcəklər.

 

Məlumata görə, Modinin Vaşinqtonda səfəri iki gün davam edəcək. Səfər çərçivəsində həm Tramp ilə ikitərəfli formatda, həm də nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılacaq. Gündəlikdə ticarət, müdafiə, energetika, miqrasiya və texnologiya məsələləri var.

 

Modinin Vaşinqtona səfəri çərçivəsində ilk görüşlərindən biri ABŞ-ın Milli Kəşfiyyat direktoru Tulsi Gabbard ilə olub. Hindistanın Baş naziri onunla Hindistan- ABŞ dostluğunun müxtəlif aspektlərini müzakirə etdiyini bildirib.

Seçilən
5
10
senzor.az

10Mənbələr