AZ

Məcburi köçkünlər üçün tikilmiş mənzillər satışa çıxarıldı

2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesinin davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur:

“Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur”.

Seçilən
10
15
publika.az

10Mənbələr