AZ

Mərkəzi Bank iki valyuta mübadilə məntəqəsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki valyuta mübadilə məntəqəsini cərimələyib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Bunlar "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-lərdir.

 

Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, "Bakı Mərkəzi Valyuta"nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə olunub. "Eliko"nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat, MMC özü isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edilib.

Tarix: 13 Fevral 2025, 11:10   
Seçilən
11
12
pravda.az

10Mənbələr