Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Publika.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub.
Prokurorların bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.