ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirməyi düşünür.
Oxu24.com xəbər verir ki,bu barədə The Wall Street Journal yazır.
Nəşrin məlumatına görə, bu məlumat Baydenin prezidentliyinin son günlərində ortaya çıxıb.
Məlumatların təhlili onu da göstərdi ki, İsrail Tramp administrasiyasının Baydendən daha çox müdaxilə etməyə hazır olacağına inanaraq, hərbi əməliyyatda ABŞ-ın dəstəyinə ümid edir.
İsrailin müdafiə naziri Katz qeyd edib ki, İran hücumlara qarşı həssasdır, lakin ABŞ buna baxmayaraq, diplomatik həlldə israr etməkdə davam edir.
Miri