AZ

Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqlarıKonqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası məlumat yayıb.

Bildirilib ki, Konfederasiya sədri Somali FederativRespublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycanasəfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafındaəhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrləyanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsirgöstərəcəyini qeyd edib.

Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılanislahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindənreallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı məlumatverilib.

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti MohamedOsman Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb,ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrinqurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçiriləngörüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləriüçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyası ilə Somali Həmkarlarİttifaqları Konqresi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosialədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını,qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgətəşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtivaedir.

Sonra Somali Həmkarlar İttifaqları Konqresinin prezidentiMohamed Osman Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzininfəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləriyollayışı asan prosedurlarla və mərkəzləşdirilmiş qaydada “Kurort”Turizm İnformasiya Mərkəzindən əldə edirlər. Bu isə əlçatanlıq,şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
1
20
az.trend.az

10Mənbələr