Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Pakistanın paytaxtı İslamabada gedib.
Prezident Ərdoğan və onu müşayiət edən heyəti hava limanında Pakistan prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıb.
Bu gün prezidentin Pakistanın Baş naziri ilə təkbətək görüş keçirməsi gözlənilir. Həmçinin o, Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yeddinci Toplantısında iştirak edəcək.
Rəcəb Tayyib Ərdoğanın Şahbaz Şərif ilə birgə imzalanacaq sazişlər üçün təşkil ediləcək mərasimə və ortaq mətbuat konfransına qatılması da planlaşdırılır. Bundan əlavə, Ərdoğanın Pakistan prezidenti Zərdari ilə də görüş keçirəcəyi gözlənilir.