AZ

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

Bakı. Trend:

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsiçərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.

Bildirilib ki, olimpiadada iştirak edən IX-XI sinif şagirdləririyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər,mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayişetdirəcək, eyni zamanda şagirdlər arasında şahmat turniri təşkilediləcək.

"Komanda yarışı formatında keçiriləcək olimpiada regional vərespublika mərhələlərindən ibarətdir. Cari ilin aprelindəkeçirilməsi planlaşdırılan regional mərhələnin nəticələri əsasındaqaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın finalmərhələsi təşkil ediləcək.

Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilikvə bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdəəməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirəmədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqidüşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişafetdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq vəregion gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir",-deyə məlumatda qeyd edilib.

Seçilən
5
14
az.trend.az

10Mənbələr