AZ

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi sığorta hesabına aparılır

Bakı. Trend:

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbisığorta təminatına daxildir. Qadın sonsuzluğuna reproduktiv yaşdaolan qadınların təxminən 10-15%-də rast gəlinir. Sonsuzluq uşaqlıqvə ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik vəimmun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərlivərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digəramillərlə bağlı ola bilər. Bu problem ailə planlamasındaçətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsirgöstərə bilir.

Trendxəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilib ki, qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyənetmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir.Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindənbiridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonaltestlər və əlavə laborator analizlər təyin edə bilər.

"Ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətiniqiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon(FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen,progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon(TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbisığortanın Xdmətlər Zərfində təminata daxildir. Laboratoranalizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiyavə digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbaritibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbiyoxlanışlardan keçə bilərlər.

Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirməküçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxilolan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çoxmüraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlərkompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətləriniaşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyininpozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri dədaxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihabproblemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluşpozuntularını aşkar etməyə kömək edir.

Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzininproblemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçünmüayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bupasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRTmüayinələrindən keçə bilərlər.

Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, borukeçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələrtətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradanqaldırılması, həmçinin reproduktiv sistemin funksionallığınınbərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, borukeçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığortahesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik)aradan qaldırılır.

Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlarilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər.İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbigöstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibbmüəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqаt institutlarındavə göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininmüqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlətorqanlarının tabeliyindəki) icra olunur",- deyə məlumatda qeydedilib.

Seçilən
15
16
az.trend.az

10Mənbələr