AZ

Bu il Azərbaycanda 27 mindən çox şəxs aktiv məşğulluğa cəlb olunub

Bakı, 13 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar ayında 27,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 8,2 min şəxs münasib işlərlə təmin olunub, 577 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Ay ərzində 112 işsiz şəxs üçün eşə hazırlığı kursları təşkil olunub, 18,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

 

Seçilən
11
azertag.az

1Mənbələr