Bakı, TurkicWorld
Mərakeş Milli Su və Meşə Agentliyinin rəhbəri Abdelrahim Humi açıqlayıb ki, Ərəb və Aralıq dənizi ölkələri meşə yanğınları ilə mübarizə üçün birgə şəbəkə yaratmağı planlaşdırır.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Mərakeş hökumətinin təşkilatçılığı ilə Rabatda keçirilən beynəlxalq konfransda Türkiyə də daxil olmaqla 18 ölkə iştirak edib.
FAO rəsmisi Feda Haddad qeyd edib ki, son illərdə Yaxın Şərqdə və Ərəb regionunda yanğınlar artıb və onların ekosistemə təsiri ciddi nəticələr doğurur.
Humi konfransın bütün aidiyyəti ölkələr arasında yanğın riskləri ilə mübarizə şəbəkəsi yaratmaq məqsədi daşıdığını bildirib və bunun təbii sərvətlər üçün təhlükə yaradan meşə yanğınlarının idarə olunması ilə bağlı təcrübə mübadiləsi və birgə işə başlamaq üçün fürsət olduğunu qiymətləndirib.