AZ

Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr məlum olub - SİYAHI

Bakı. Trend:

2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fizikişəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarətəməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac olunub, 170ölkədən idxal olunub.

Bu barədə Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakingömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xamneft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərəalınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47396,4milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 26338,4 milyon dollarını və ya 55,6faizini ölkədən ixrac olunmuş məhsulların, 21058,0 milyon dollarını(44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş,nəticədə 5280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktikiqiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədənixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.

2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3356,5 milyondollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasənölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faiziTürkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faiziAlmaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faiziHindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faiziİsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqlaYunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faiziRumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan,İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmışticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 41,0 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,4faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,3 faizini Xorvatiyaya,2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Hindistan vəİsrailə, 2,6 faizini Bolqarıstana, 2,5 faizini Gürcüstana, hər biri2,4 faiz olmaqla Portuqaliya və Yunanıstana, 1,8 faiziniRumıniyaya, 1,5 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 0,9faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqlaSerbiya, İndoneziya və Ukraynaya, hər biri 0,6 faiz olmaqlaİspaniya və Niderlanda, 5,0 faizini isə digər ölkələrə göndərilmişməhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6faiz), Türkiyəyə (16,2 faiz), Gürcüstana (8,1 faiz), İsveçrəyə (6,6faiz), ABŞ-a (4,0 faiz), Qazaxıstana (3,9 faiz), Ukraynaya (3,5faiz), Türkmənistana (2,3 faiz), Omana (2,0 faiz), Birləşmiş ƏrəbƏmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana(1,2 faiz), Rumıniyaya (1,0 faiz) göndərilmiş malların payıüstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin,17,2 faizi Rusiya, 11,0 faizi Türkiyə, 7,7 faizi ABŞ, 6,9 faiziAvstraliya, 3,9 faizi Almaniya, 3,0 faizi İran, 2,4 faizi İtaliya,2,2 faizi Belarus, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,6 faiziQazaxıstan, 1,4 faizi Türkmənistan, hər biri 1,3 faiz olmaqlaUkrayna və Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faizolmaqla Meksika, Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hərbiri 0,8 faiz olmaqla Braziliya və Kanada, 11,6 faizi isə digərölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2024-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindəntəzə tərəvəz ixracı 0,7 faiz, şəkər – 59,9 faiz, tütün – 2,5 dəfə,meyvə və tərəvəz konservləri – 16,1 faiz, bitki yağları – 81,1faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 60,3 faiz, çay– 2,1 faiz, pambıq lifi – 71,3 faiz, mineral gübrələr – 56,0 faiz,pambıq ipliyi – 3,2 faiz, bentonit gili – 27,6 faiz artmış, təzəmeyvə ixracı isə 2,2 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəzşirələri – 12,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,6faiz, polipropilen – 27,5 faiz, polietilen – 23,1 faiz, elektrikenerjisi – 59,4 faiz, emal olunmamış alüminium – 17,4 faiz, sementklinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 2,6 faiz, qarametallardan borular – 1,5 faiz azalmışdır.

2023-cü illə müqayisədə 2024-cü ildə buğda idxalı 9,9 faiz,bitki yağları – 29,5 faiz, kərə yağı, digər süd yağları vəpastaları – 78,4 faiz, təzə meyvə – 20,6 faiz, xam şəkər – 5,9faiz, unlu qənnadı məmulatları – 11,5 faiz, şokolad və şokoladməhsulları – 11,7 faiz, çay – 5,2 faiz, quş əti və onun əlavəməhsulları – 43,2 faiz, mal əti – 46,4 faiz, təzə tərəvəz – 53,3faiz, hesablama maşınları, blok və qurğuları – 21,6 faiz, yükavtomobilləri – 15,7 faiz, mebellər – 36,6 faiz, sintetik yuyucuvasitələr – 7,8 faiz, qara metallardan çubuqlar – 65,1 faiz, məişətkondisionerləri – 45,0 faiz, mineral gübrələr – 17,4 faiz,avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 6,2 faiz,polipropilen – 19,9 faiz, məişət soyuducuları – 1,6 faiz, sement –1,7 faiz artmış, kartof idxalı isə 13,6 faiz, siqaretlər – 79,4faiz, minik avtomobilləri – 6,5 faiz, dərman vasitələri – 24,9faiz, polad prokatı – 5,2 faiz, qara metallardan borular – 10,8faiz, rezin şinlər – 1,7 faiz, polietilen – 9,5 faiz, qarametallardan künclüklər – 11,2 faiz azalmışdır.

Seçilən
24
9
az.trend.az

10Mənbələr