Prezident bildirib ki, Türkiyə ilə İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimiz üçtərəfli platformalarda da inkişaf edir.
"Bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur".
Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən bildirib.
İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.